Xəbər lenti

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırdı
Ölkə22:36 23.12.2024

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer "X” hesabında bildirib.

"Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq”, - Peter Fişer yazıb.

Onun sözlərinə görə, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib.