Xəbər lenti

Almaniya kansleri bu ilə bərbər və vizajistlərə nə qədər pul xərcləyib?
Dünya 17:25 17.11.2023

Almaniya kansleri bu ilə bərbər və vizajistlərə nə qədər pul xərcləyib?

Almaniyanın xarici işlər naziri Annalena Berbok 2023-cü ildə saç düzümü və makiyaj üçün təxminən 100 min avro xərcləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Federal hökumət 2023-cü ilin yanvar ayından etibarən vizajistlərə və bərbərlərə xərclərini açıqlayıb. Buna səbəb Bundestaqın deputatı Stefan Brandnerin müraciəti olub. Almaniya hökumətinin məmurlarının ümumi xərcləri 186 min avro təşkil edib.

Ən böyük xərc 42 yaşlı xarici işlər naziri Annalena Berboka aid olub: 98 770 avro. Bunu əsaslandırmaq üçün nəşr qeyd edir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri çox səyahət etməli olur.

İkinci yerdə 65 yaşlı Almaniya kansleri Olaf Şolts qərarlaşıb: yanvarın 1-dən o, saç düzümü və makiyaj üçün 23 013 avro xərcləyib. Yeri gəlmişkən, Almaniya lideri yarı keçəldir.

Almaniyanın maliyyə naziri, 44 yaşlı Kristian Lindner oxşar xidmətlərə cəmi 1833 avro xərcləyib.

Ən qənaətcil məmur 54 yaşlı iqtisadiyyat naziri Robert Habek olub. O, bütün il ərzində vizajistlərə və bərbərlərə cəmi 550 avro xərcləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->