Xəbər lenti

Almaniyadakı azərbaycanlılar İran hakimiyyətinin istefasını tələb ediblər (FOTO)
Ölkə15:24 17.12.2022

Almaniyadakı azərbaycanlılar İran hakimiyyətinin istefasını tələb ediblər (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada yaşayan azərbaycanlılar İrandakı hakimiyyətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.
"Report”un Avropa bürosunun məlumatına görə, aksiya paytaxt Berlindəki tarixi "Brandenburq qapıları” önündə baş tutub.
Etiraz aksiyasına Berlin və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz qatılıblar. Onlar İrandakı hakimiyyətin qadınların hüquq və azadlıqlarını boğmasına yönəlik addımlarını pisləyərək istefa tələb ediblər.
Çıxışçılar İranın Azərbaycana qarşı Ermənistan ordusunu silahlandırmasına da diqqət çəkərək, beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiya verməsinin vacibliyini vurğulayıblar.
Aksiyada "Bu torpaqda, bu eldə, qalmaz bu qanlar yerdə”, "Bura Azərbaycandır, bir qana yüz bir qandır” kimi şüarlar səsləndirilib.
"Almaniyadakı Azərbaycan İcması”nın təşkilatçılığı ilə keçirilən aksiya zamanı Berlin polisi ərazidə təhlükəsizlik tədbiləri görüb.