Xəbər lenti

"Alov qüllələri" sürüşə bilərmi?
Ölkə16:23 31.01.2018

"Alov qüllələri" sürüşə bilərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaralov həmçinin qeyd edib ki, hazırda Bayıl yamacında da vəziyyət sabitdir
 Son günlər yerli mətbuatda "Alov qüllələri" binalar kompleksi yerləşən ərazidə süşürmə təhlükəsi olması ilə bağlı məlumatlar yer alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Alov qüllələri" nin sürüşmə ehtimalı yoxdur, bu kompleks xüsusi layihə ilə tikilib.
Qaralovun sözlərinə görə, "Alov qüllələri" binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır və kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub.
Qaralov həmçinin qeyd edib ki, hazırda Bayıl yamacında da vəziyyət sabitdir.