Bakıda qaz sızmasından partlayış olub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, "Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/QTNefl1x3TQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
1 / 2