Xəbər lenti

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
Ölkə08:38 05.01.2018

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun itkin düşmələri ilə bağlı cinayət işi açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat veriləcək.