Xəbər lenti

"Alstom" Bakıda oturub, İraq dəmir yollarını bərpa edəcək
Ölkə18:52 05.07.2018

"Alstom" Bakıda oturub, İraq dəmir yollarını bərpa edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın "Alstom" dəmiryol nəqliyyatı şirkəti iri perspektiv layihələrini Bakıdakı yeni ofisindən idarə edəcək.
Bunu Trend-ə müsahibəsində şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.
Onun sözlərinə görə, "Alstom" İraqın dəmiryol şəbəkəsinin rekonstruksiyası üzrə işləri də Bakıdan idarə edəcək.
Şirkətin regional mərkəzinin Bakıya köçürülməsini şərh edən B.Pell əlavə edib ki, "Alstom" Bakıda biznes imkanlarını genişləndirməkdən məmnun olacaq.
Qeyd edək ki, bir müddət əvvəl B.Pell Trend-ə bildirmişdi ki, "Alstom" Daşkənd metropoliteninin müasirləşdirilməsi işində maraqlıdır.