12 noyabr tarixində Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi olan "Alternativ enerjinin dayanıqlı və ekoloji inkişafda rolu” adlı layihənin açılış mərasimi baş tutub. Mərasimdə layihə rəhbəri Sevil Rzayeva, məktəbin direktoru və müavinləri, Hüquq və insan haqları institutunun əməkdaşları və digər müəllimlər iştirak edib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsinin şagirdlərin maarifləndirilməsində rolu, layihənin ümumi məqsədi, icra planı, həyata keçiriləcək təlimlər, təlimlərə cəlb olunacaq şagirdlərin əhatə edəcəyi yaş qrupu və bu təlimlərin əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib. Layihənin icra planına uyğun olaraq təlim 3 mərhələdən ibarət olmaqla ümumilikdə 3 sinifə hər biri 3 gün olmaqla ümumilikdə 9 gündən ibarət 150 nəfər şagirdə maarifləndirici təlim, intellektual yarışlar keçiriləcəyi bildirilib. Həmçinin iştirakçılara paylanılacaq buklet və məlumat kitabçası haqqında da məlumatlar verilərək ilkin tanıtımı həyata keçirilib.
Şərhlər