Xəbər lenti

İdman 20:34 07.04.2024

Altı güləşçimiz olimpiadaya lisenziya qazandı (YENİLƏNİB)

Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qaynarinfo xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

19.48
 
Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.

86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.

19.22
 
Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Qaynarinfo xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də olimpiadaya lisenziya qazanıblar.

19.00
 
Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

HİT.az xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu bacarmışdı.

18.15
 
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?