Xəbər lenti

Amaliya Pənahova güzəştə getmədi - VİDEO
Ölkə09:36 11.04.2013

Amaliya Pənahova güzəştə getmədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tamaşaçıların hər bölümünü səbirsizliklə gözlədiyi “Məhkumlar” bədii televiziya serialının 27-ci seriyasında da bir çox maraqlı hadisələr baş verir. Şəbnəm Şahmarla görüşüb onu keçmişlə bağlı bir çox məsələlərdə ittiham etdikdən sonra atasının bütün cəhdlərinə, yalvarışlarına hec bir məhəl qoymayaraq “Sən mənim üçün ölmüsən!” deyərək ondan ayrılır. 

Bəhram istintaqa Kamilin Fikrət tərəfindən öldürülməsi, Adilin Leylanı oğurlaması və onun Nikolayın adamı olması barədə ifadə verir. Məhkəməyə çıxmağa hazırlaşan oğlu Qaliblə görüşdə olarkən Xuraman Solmazın ağır vəziyyətdə xəstəxanada olduğunu öyrənir. Təcili surətdə özünü xəstəxanaya yetirən Xuramanla Zərintac arasında növbəti gərginlik yaşanır. Solmaz isə komadadır...

Bu bölümdən etibarən “Məhkumlar”da Amaliya obrazını canlandıran Azərbaycan Republikasının Xalq artisti Amaliya Pənahova ilə qızı Nərmin arasında Adillə bağlı mübahisə düşür. Adil məsələsində heç cür razılığa gəlməyən Nərminlə sərt şəkildə danışan Amaliya heç bir güzəştə getmədən öz qərarını həyata keçirir. Və...

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu axşam saat 19.15-də ATV-də yayımlanacaq “Məhkumlar” serialının 27-ci seriyasını izləməyi unutmayın.

Qaynar.info