"Bu təbii fəlakətdir, amma bütün hallarda hadisə baş veribsə, bundan sonra həmin ərazi geoloji cəhətdən ciddi şəkildə yoxlanılmalı və yol infrastrukturunda da təmir işləri ona uyğun qurulmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakı-Şamaxı-Qəbələ yolunda baş verən sürüşmə hadisəsini şərh edərkən deyib. Onun sözlərinə görə, müəyyən dövrlərdə orada sürüşmə prosesləri olub:
"Yolu nə qədər keyfiyyətli çəksən də Şamaxı yolu həmişə sürüşmə proseslərinə meyilldir. Amma bu o demək deyil ki, aidiyyatı qurumlar kosmetik iş görüb, üstünü bəzəyib, altını boş buraxmalıdırlar. Hər bir halda geoloqlarla ərazidə işlənilməlidir və yol infrastruktununu da ona uyğun qurulmalıdır. Bu gün həmin yeri formal olaraq təmir edib, gələcədə hadisə olsa, yenə təmir edərik prinsipi ilə yanaşsalar, o zaman problemlər böyük olacaq. İndi təbii fəlakətdir, yağış yağır, gəlib yolu yurur, aşırdır”.
Qeyd edək ki, Bakı-Şamaxı-Qəbələ yolunda baş verən sürüşmə hadisəsi baş verib və ərazidə böyük tıxac yaranıb.
Bahar Rüstəmli