Xəbər lenti

AMAY Ticarət Mərkəzində yanın söndürülüb - YENİLƏNİB+VİDEO+FOTOLAR
Ölkə07:45 13.09.2014

AMAY Ticarət Mərkəzində yanın söndürülüb - YENİLƏNİB+VİDEO+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda AMAY ticarət mərkəzində baş verən yanğın söndürülüb.

AMAY Ticarət Mərkəzində 30 kvadratmetr ərazi yanıb.

APA-nın xəbərinə görə, bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Ə. Novruzov bildirib ki, yanğın barədə məlumat saat  10.31 də daxil olub. 

Onun sözlərinə görə, yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.  Dərhal hadisə yerinə Xətai rayonu və “Neftayırma” Zavodunun Yanğından Mühafizə hissələrinin şəxsi heyəti cəlb edilib.

 Ə. Novruzov qeyd edib ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən ofislərin birində  qeydə alınıb və 30 kv.m ərazini əhatə edib. Yanğın zamanı dördüncü mərtəbənin şaxtasında olan kabellərin izolyasiyası alışıb: ”Yanğının söndürülməsi zamanı istifadə edilən su 2 saylı “ASAN Xidmət” Mərkəzinin ofisinə ziyan vurub. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsində 4 yanğınsöndürən maşın iştirak edib.

***

11:11

Amay Ticarət Mərkəzində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə foto və videolar paylaşılıb.