Xəbər lenti

AMEA-da 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
Ölkə07:23 09.01.2021

AMEA-da 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.
O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.
Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.