Xəbər lenti

AMEA-da pul da çatmır, əmək intizamı da...
Ölkə16:00 02.06.2015

AMEA-da pul da çatmır, əmək intizamı da...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qənaət Fondunun yaradılması təklif edilir. AMEA Azad Həmkarlar İttifaqının sədri İsa Alıyev qurumun 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə bildirib ki, hazırda bəzi məsələlərin həlli üçün maliyyə vəsaitinin çatışmazlığı var.
O deyib ki, Qənaət Fondunun yaradılmaması çatışmazlıqlardan biri hesab oluna bilər: "Əgər AMEA sistemindəki hər bir institut müəyyən qədər maliyyə vəsaitinə qənaət etsə, toplanmış həmin vəsaitlərin hesabına alimlər üçün müəyyən işlər görülə bilər".
İ.Alıyev işçilərin əmək intizamına lazımi səviyyədə əməl olunmadığını da söyləyib.
Onun sözlərinə görə, nəşriyyat, kommersiya fəaliyyəti, sahibkarlıqla məşğul olma da qarşıda duran əsas vəzifələrdən biridir.
Bu arada AMEA-nın "Alimlər şəhərciyi"nin yaradılacağı ünvan da bəlli olub. 
AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə çıxış edən akademiya prezidenti, akademik Akif Әlizadə deyib ki, "Alimlər şəhərciyi"nin Pirallahı rayonunda yaradılması nəzərdə tutulur.
Hazırda Prezident Administrasiyasında bu məsələyə baxıldığını deyən A.Əlizadə qeyd edib ki, alimlər üçün xüsusi poliklinikanın yaradılması artıq real məsələdir: "Artıq onun yeri məlumdur, layihəsi də hazırdır. Poliklinikanın tikilməsi üçün maliyyəmiz, sponsorumuz da var. İnşası üçün Bakı şəhər İcra Hakimiyyəti icazə verməlidir" ("Trend").
Qaynar.info