Xəbər lenti

AMEA-da seçkilər keçirildi
Ölkə16:07 29.04.2015

AMEA-da seçkilər keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın akademik-katibi vəzifəsinə seçkilər keçirilib. 
“Report” xəbər verir ki, seçkilər nəticəsində dünyasını dəyişmiş akademik-katib, vitse-prezident Akif Hacızadənin vəzifələrindən birinin sahibi məlum olub.
İclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, hələlik vitse-prezident vəzifəsinə seçki keçirilməyəcək: “Lakin akademik-katib vəzifəsini icra edən şəxs mütləq seçilməlidir”.
Məlum olub ki, AMEA-nın akademik-katibi vəzifəsinə Fizika İnstitutunun direktoru Nazim Məmmədov seçilib.
Bundan başqa, Humanitar və İctimai elmlər bölməsinin akademik-katibləri seçilib. Belə ki, Humanitar elmlər bölməsinin akademik-katibi vəzifəsini Teymur Kərimli, İctimai elmlər bölməsinin akademik-katibi vəzifəsini Nərgiz Axundova, Yer elmləri bölməsinin akademik-katibi vəzifəsini Fəxrəddin Qədirov, Kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini Dilqəm Tağıyev, Fizika-riyaziyyat elmləri bölməsinin akademik-katibi vəzifəsini Nazim Məmmədov, Akademiyanın akademik-katibi vəzifəsini Rasim Əliquliyev, Gəncə bölməsinin rəhbər və akademik-katibi vəzifəsini isə Fuad Əliyev tutub.
Qaynar.info