Ölkə 11:32 29.07.2022

AMEA-da təcili iclas keçirildi, PA rəsmisi də iştirak etdi (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, iclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.
 
10.39

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilir.

APA-nın əldə etdiyi məlumata görə, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edir.

İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunur.