Xəbər lenti

AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb
Ölkə11:30 04.02.2019

AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və istirahətinin təşkil edilməsi məqsədilə qurumun "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb”.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın İşlər idarəsinin müdir müavini Sərdar Əliyev deyib.
S.Əliyev bildirib ki, Xüsusi Komissiya yaradılıb, mütəxəssislər cəlb olunaraq ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb: "Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb”.
İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını diqqətə çatdırıb: "Əməkdaşlara torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri, vaqonlar quraşdırmağa, ərazini çəpərləməyə və ya metal torla bağlamağa icazə veriləcək”.
Ərazidə yaxın günlərdə yolların çəkilməsi prosesinə başlanılacağını deyən S.Əliyev sahələrdə bütün ekoloji tələblərə və sakitliyə təmiz riayət olunacağını söyləyib.