Xəbər lenti

AMEA-nın loqotipi yaradıldı
Ölkə09:23 25.07.2013

AMEA-nın loqotipi yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi loqotipi təsdiq edilib.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, loqotip istənilən idarə və müəssisənin, şirkətin tanınmasında mühüm rol oynayan vasitələrdən biridir.

Akademiyanın loqotipi dairəvi formadadır. Tünd qırmızı rəng çalarında olan loqoda Azərbaycan Milli Elmlər Akademiyasının adı 2 dildə - Azərbaycan və ingilis dillərində dairəvi formada yazılıb, dairənin mərkəzində isə AMEA-nın əsas binasının qrafik təsviri əks olunub.

Qaynar.info