Xəbər lenti

AMEA-nın yeni prezidenti danışdı
Ölkə12:52 24.04.2013

AMEA-nın yeni prezidenti danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni prezidenti seçilmiş Akif Əlizadə akademiyanın Rəyasət Heyətinin (RH) fəaliyyətindən narazılıq edib.

Trend-in məlumatna görə, Akif Əlizadə öz gələcək proqramını açıqlayarkən deyib ki, AMEA-nın Rəyasət Heyətinin fəaliyyətinin hətta səthi təhlili də vəziyyətin yaxşı olmadığını göstərir.

Əlizadə bildirib ki, RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib. AMEA bölmələrinin fəaliyyəti formal xarakter daşıyıb.

Akademiya prezidenti qeyd edib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir. Bunun üçün AMEA-nın institutlarının son 10 illik fəaliyyəti qiymətləndirilməlidir. AMEA-nın maliyyələşdirilməsinin yeni mexanizminin hazırlanması vacibdir.

Əlizadənin sözlərinə görə, AMEA institutlarının fəaliyyətinin əsas istiqamətləri dövlət prioritet istiqamətlərinə uyğun olmalıdır.

O bildirib ki, AMEA institutlarının fəaliyyətinin əsas istiqamətləri ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi, İKT sahəsi ilə bağlı, ölkənin milli təhlükəsizliyinin müdafiə qabiliyyətinə yönəldilmiş, tarix, ədəbiyyat, dilçilik sahəsində aparılmış elmi tədqiqatlar olmalıdır.

Akademiya prezidenti deyib ki, instititlara vəsait ayrılarkən onların apardığı işlər, nəşr olunmuş elmi işlərinin sayı nəzərə alınmalıdır.

"Biz yalnız dövlət büdcəsindən maliyyələşdirmənin aparılmasına ümid bəsləməməliyik. Biz özümüz kənar maliyyə mənbələri axtarmalıyıq. Bunu etmək mümkündür. Bu, mümkün olsa da, real şəraitdə o qədər də mümkün deyil. Çünki əksər institutlarda sınaq təcrübə mərkəzləri yoxdur, bəzilərində isə vəziyyət tələb olunan səviyyədə deyil", - Əlizadə əlavə edib.

O qeyd edib ki, vəziyyətdən çıxış yolu elmi axtarışların müəyyən hissəsini kommersiya məqsədlərinə yönətlməkdir.

Qaynar.info