Xəbər lenti

AMEA-ya yeni vitse-prezident seçildi
Ölkə09:55 01.05.2019

AMEA-ya yeni vitse-prezident seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən İllik Ümumi Yığıncağında vitse-prezidentlik vəzifəsinə gizli səsvermə olub.
Qaynarinfo xəbər verir ki, səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib.
Qeyd edək ki, Rasim Əliquliyev texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.