Ölkə 09:27 31.05.2022

AMEA Yasamal polisini məhkəməyə verdi (SƏBƏB)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yasaml Rayon Polis İdarəsini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia artıq icraata götürülüb. İşə Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovanın sədrliyi ilə baxılacaq. 

Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Məlumata görə, AMEA yaşayış sahəsinə qeydiyyatdan çıxarılma üçün müraciət etsə də, məsələ həllini tapmayıb. Bu baxımdan qurum polisi məhkəməyə verməli olub. 

Seyid