Xəbər lenti

Amerika səfiri Nigar və Seymur Həziyə məktub göndərib
Ölkə12:31 05.08.2016

Amerika səfiri Nigar və Seymur Həziyə məktub göndərib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Seymur Həzi ilə Nigar Həzinin evlənməsi münasibəti ilə onlara təbrik məktubu göndərib. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Nigar Həzi öz "Facebook" səhifəsində yazıb.

Jurnalist Seymur Həzi ilə Müsavat fəalı Nigar Yaqublu avqustun 2-də nikah bağlayıblar. Nikah mərasimi Seymur Həzinin həbsdə olduğu 17 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O,xuliqanlıqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” verilişində həm aparıcı,həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib.

“Amnesty İnternational” təşkilatı da Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.

Qaynarinfo.Az