
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Naxçıvana səfəri zamanı xoşagəlməz vəziyyət yaşanıb.
Cənab Hoqana və onu müşayiət ednələrin Naxçıvanda nahar etməsi mümkün olmayıb.
Bu barədə Naxçıvandakı mənbədən məlumat almışıq.O, AXCP və Müsavatın yerli nümayəndələri ilə də görüşüb. Diplomat həmçinin Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşmək istəsə də, hakim partiya nümayəndələri görüşə gəlməyib.
Yerli fəallarla görüşdən sonra cənab Hoqan və bir neçə nəfər nahar etmək üçün Naxçıvan şəhərində yerləşən “Söyüdlü” restoranına gəliblər. Mənbənin dediyinə görə, hələ səhər tezdən restoranda nahar etmək üçün Söyüdlünün inzibatçısıyla razılaşan səfirlik nümayəndələri nahar vaxtı şoka düşüblər. Nahar ərəfəsi restorana gələnlərə bildirilib ki, yemək yoxdur.