
Azərbaycanda yaşayan Tim adlı amerikalı oğlan Masazıra və orada qalan bir ailə haqda mahnı bəstələyərək qısa bir klip cəkib.
Gənc klipdə vurğulayır:”Mən bu mahnını Azərbaycanın saz milli instrumental aləti ilə yazmışam və onu Masazırda qalan övladlığa götürüldüyüm ailəyə həsr edirəm.
Mən Azərbaycanda 2-3 il qaldıqdan sonra qayıdıram öz vətənim Amerikaya.
Mənim bu ölkə haqda o qədər mənalı xatirələrim qalıb ki, unutmaq cətin olacaq. Hamıya öz təşəkkürümü bildirirəm…”(milli.az)