Xəbər lenti

Amerikalı məşhur qadın astronavt Kürdəmirə gəlir
Ölkə13:32 08.12.2017

Amerikalı məşhur qadın astronavt Kürdəmirə gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ səfirliyi məşhur qadın astronavt Hayda Piperin Azərbaycana səfərini təşkil edəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib. 
Səfər 10-12 dekabr tarixlərində baş tutacaq. Dekabrın 10-da, saat 16:00-da Hayda Piper Kürdəmirdə ABŞ mərkəzində çıxış edəcək. Kürdəmirlilər və qonaqlar üçün giriş sərbəst olacaq.
Dekbarın 11-də astronavtla AMEA, ADA, Bakı Neft və Sənaye Universiteti, eləcə də Bakıdakı ABŞ mərkəzində görüşmək mümkün olacaq.
Qeyd edək ki, Hayda Piper açıq kosmosda 34 saatdan çox olub.