Xəbər lenti

Amerikalılar İntiqam Əliyevi Maqnitskiyə oxşatdı
Ölkə13:59 28.05.2015

Amerikalılar İntiqam Əliyevi Maqnitskiyə oxşatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın nüfuzlu “Freedom House” hüquq-müdafiə təşkilatı hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətinə dair bəyanatla çıxış edib.

“7,5 il müddətinə azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyev hazırda belindəki xəsarət səbəbindən otura və normal hərəkət edə bilmir ki, bu da ona böyük əziyyət verir” - “Freedom House” təşkilatının proqram rəhbəri Robert Herman bildirib.

“İntiqam Əliyevlə bu cür davranış 2009-cu ildə Rusiyada Sergey Maqnitsikinn işini xatırladır” - bəyanatda vurğulanır (“Turan”).

52 yaşlı İntiqam Əliyev qanunsuz sahibkarlıq və iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs olunub.