Xəbər lenti

Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınları ilə mübarizə aparır (VİDEO)
Ölkə05:00 19.08.2024

Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınları ilə mübarizə aparır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.