Xəbər lenti

AMİP-in təşəbbüsü ilə Beynəlxalq tədbirdə Ermənistan əleyhinə sənəd qəbul edildi
Siyasət 14:40 26.05.2025

AMİP-in təşəbbüsü ilə Beynəlxalq tədbirdə Ermənistan əleyhinə sənəd qəbul edildi

Xəbər verdiyimiz kimi AMİP-in üzvü olduğu və özündə ABŞ-ın Respublikaçılar, Böyük Britaniyanın Konservatorlar, Almaniyanın Xristian Demokrat və Xrsitian Sosial İttifaqı, İspaniyanın Xalq, İsveçin Moderat, İsrailin Likud, Avstraliyanın Liberal, Mərakeşin İstiqlal, Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Partiyası və s. kimi dünyanın 80-dən çox ölkəsinin 100-dən artıq sağ mərkəz yönümlü partiyasını birləşdirən nüfuzlu beynəlxaq təşkilat olan Beynəlxaq Demokrat İttifaqının may ayının 15-də Brüsseldə keçirilən forumunda "Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanat qəbul olunub. 

AMİP-in təşəbbüsü ilə qəbul olunan bəyanatda sülh müqaviləsinə əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəanın olduğu qeyd edilib. Habelə, Ermənistan tərəfindən referendum yolu ilə bu maneənin aradan qaldırılmasının vacibliyinə dair çağırış edilib. 
Xatırladaq ki, həmin forumda AMİP sədri Arzuxan Əlizadə, AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar təşkilatının sədr müavini İlhamə Əliyeva iştirak ediblər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->