Xəbər lenti

AMİP qurultaya hazırlaşır - Yeni sədr kim olacaq?
Siyasət 09:50 15.08.2025

AMİP qurultaya hazırlaşır - Yeni sədr kim olacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultaya hazırlaşır.

AMİP sədri, deputat Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, qurultayın sentyabrın birinci yarısında keçirilməsi planlaşdırılır.

"Rayon təşkilatlarında konfransların keçirilməsi ilə bağlı AMİP-nin Siyasi Şurasının qərarı var. Artıq bir çox rayon təşkilatlarında konfranslar keçirilib. Namizədliyimi irəli sürəcəyəm. Digər namizədlərimizin olması da istisna deyil. Olmaya da bilər. Qurultay günü elan olunandan sonra ərizə daxilində kim namizədliyini irəli sürmək istəyəcəksə, əvvəlcədən müraciət edəcək. Qurultay keçirərək növbəti beş il üçün partiyanın fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, ölkə, region, eləcə də qlobal masştabda mövcud durumla bağlı partiyanın mövqeyi açıqlanacaq. Eyni zamanda qurultayda partiya sədri ilə yanaşı, sədrin təqdimatı ilə partiyanın ali orqanları, Siyasi Şura üzvləri, Ali Məclis üzvləri, üzvlüyə namizədlər seçiləcək. Mərkəzi İntizam Komissiyası yenidən formalaşacaq", deyə Arzuxan Əlizadə bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->