Xəbər lenti

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA
Ölkə10:34 28.07.2025

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Amur bölgəsində "An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində 48 nəfər həyatını itirib.