Xəbər lenti

Ana oğlunun gözü qarşısında yanaraq kül oldu - Yevlaxda
Ölkə19:15 18.01.2015

Ana oğlunun gözü qarşısında yanaraq kül oldu - Yevlaxda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. APA-nın xəbərinə görə, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.
Aran qəsəbəsi istiqamətində hərəkətdə olan 10 RM 332 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 22 BJ 603 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobili ilə toqquşub.
Toqquşma zamanı VAZ-2107 markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası Həsənova Naibə Musa qızı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü Həsənov Allahverdi Qədim oğlu və atası Həsənov Qədim Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qaynar.info