Xəbər lenti

Ana saçında narkotik...
Ölkə06:15 19.05.2014

Ana saçında narkotik...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ana məhbus oğluna saç sancağında narkotik gətirdi

11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Fariz Varis oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş anası Xanbikə Şıxzadə qızı Ağayevanın gətirdiyi sovqata və üzərlərinə baxış keçirilən zaman saçına bağladığı sancağın içərisində xüsusi üsulla gizlədilmiş şəffaf sellofana bükülmüş, xalis çəkisi 7,694 qram olan narkotik vasitə “Heroin” aşkar edilərək götürülüb.

Məhkum Fariz Varis oğlu Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edillib.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info