Xəbər lenti

Ana və qızı yol qəzasının qurbanı oldu
Ölkə19:25 24.10.2018

Ana və qızı yol qəzasının qurbanı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.
Yaralılar dərhal "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Ağdaşda avtomobil piyadanı vurub.