Xəbər lenti

ANAMA-dan ermənilərin ağacları minalamasına reaksiya
Ölkə18:04 26.06.2021

ANAMA-dan ermənilərin ağacları minalamasına reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində hiyləgər düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.
ANAMA-dan Qaynarinfo-ya bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı çox saylı tələ - mina basdırmış və gizlətmişdir. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100, istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kiloqram olan minanın 2 kiloqramı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 santimetr ölçüsündə qəlpələr yayılır. Eyni zamanda, partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 mer məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6,5-9,5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ötən gün Xocavənddə ermənilərin ağacları da minaladığı barədə məlumat yaymışdıq.