Xəbər lenti

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü
phrase_var_qaynar. 11:43 18.02.2026

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->