Xəbər lenti

ANAMA qadağan olunmuş sursatlar və “TOÇKA-U” raketi aşkarladı (FOTOLAR)
Ölkə16:22 10.10.2020

ANAMA qadağan olunmuş sursatlar və “TOÇKA-U” raketi aşkarladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
10 oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd bombacıq daşıyan 9M525 raketi aşkar olunub.
ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır. Bu bombacıqlar "Kaset sursatlar haqqında konvensiya”-ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.
Həmçinin qeyd olunan tarixdə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış "TOÇKA-U” taktiki raketi (9M79M) aşkar olunub.