Xəbər verdiyimiz kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dünən həbs olunub.
Qaynar.info xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı bu gün keçirilən mətbuat konfransında onun vəkili Rəşid Hacılı bildirib ki, A.Məmmədliyə qarşı irəli sürülən ittihamlardan biri də "Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək prezident seçkilərin nəticəsini saxtalaşdırmaq"dır.