Xəbər lenti

Anar Məmmədli üç qəzetə abunə yazılıb
Ölkə18:50 16.01.2014

Anar Məmmədli üç qəzetə abunə yazılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hələ də ailə üzvləri ilə görüşə bilmir.  

Yanvarın 16-da Anar Məmmədli ilə görüşən vəkil Fariz Namazov “Media forum” saytına bildirib ki, Anar ailəsi ilə görüşmək üçün təcridxana rəhbərliyinə müraciət edib: “Təcridxana rəhbərliyi iki həftədən çoxdur ki, müraciətə reaksiya vermir.

Anar “Yeni Müsavat”, “Azadlıq” və “Bizim yol” qəzetlərinə abunə yazılmasına baxmayaraq hələlik yalnız “Azadlıq” qəzetini ala bilir. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin üzvləri Anarla görüşüb. Onun saxlanma şəraiti və durumu ilə maraqlanıblar. Anar onlara saxlanma şəraitində heç bir problemin olmadığını bildirib. Amma həbsinin siyasi motivlərlə bağlı olduğunu diqqətə çatdırıb”.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Qaynar.info