Xəbər lenti

Anar Məmmədli xalqı təbrik etdi
Ölkə10:46 30.12.2013

Anar Məmmədli xalqı təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün vəkil Rəşid Hacılı Kürdəxanıdakı istintaq təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə görüşüb. 
Anar Məmmədli vəkil vasitəsi ilə həmkarlarını, hüquq müdafiəçilərini, jurnalistləri və ictimai-siyasi fəalları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. 
Məmmədli 2014-cü ildə keçiriləcək Bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinin ATƏT və Avropa Şurasının tövsiyyələri əsasında təkmilləşdirilməsini, seçki praktikası və siyasi mühütin demokratikləşməsini zəruri sayıb. O, bu sahədə yerli və beynəlxalq təşkilatların birgə səylər göstərəcəyinə ümid etdiyini bildirib: "Yeni ildə bütün siyasi məhbuslara azadlıq arzulayıram. 2014-cü illə bağlı ən vacib gözləntim ölkədə siyasi dinamizmin bərpası, vətəndaşların siyasi proseslərə və insan hüquqlarının  müdafiəsinə töhfəsinin artmasıdır".   
Qaynar.info