Xəbər lenti

Anar Məmmədliyə iki vəkil tutulub
Ölkə08:57 17.12.2013

Anar Məmmədliyə iki vəkil tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hazırda Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlanılır. 

Məlumatı “Media forum” saytına mərkəzin koordinatoru Samir Kazımlı verib. Samir Kazımlı bildirib ki, Anar Məmmədliyə artıq iki vəkil tutulub: bunlar Rəşid Hacılı və Elçin Sadıqovdur.

Rəşid Hacılı “Media forum”a deyib ki, hələlik Anar Məmmədli ilə görüşə bilməyiblər: “Bundan ötrü prokurorluğun icazəsi olmalıdır. İcazə hələ yoxdur. Əgər Anar Məmmədli bu gün Bakı İstintaq Təcridxanasına köçürülsə, onda çox güman ki, görüş sabaha qalacaq”.

Vəkillər ittiham aktını hələ almayıblar, ona görə də Anar Məmmədliyə irəli sürülən ittihamın detalları hazırda onlara bəlli deyil. Anar Məmmədli dekabrın 16-da həbs olunub. O, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda təqsirli bilinir. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Qaynar.info