
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Fariz Namazlı bildirib ki, Anar Məmmədliyə daha 2 maddə üzrə ittiham irəli sürülüb. İndi o, Cinayət Məcəlləsinin 5 maddəsi üzrə təqsirləndirilir:
-179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə);
- 192.2.2 (qanunsuz sahibkarlıq);
- 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma);
- 308.2 (ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə);
- 313-cü (vəzifə saxtakarlığı).
Anar Məmmədli bu ittihamları saxta sayır.
O, keçən ilin dekabrında həbs edilib. Müdafiə tərəfi onun həbsinin siyasi sifariş olduğunu bildirir. (Azadliq.org)
Qaynar.info