
Bu günlərdə meadiada nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media quruluşları yaratması haqqında çoxsaylı materiallar dərc olunur.
Qaynar.info-nun verdiyi xəbərə görə, dərc olunan bu materiallarda Anar Məmmədovun adı bir çox internet medaiaları ilə yanaşı hallanır.
“Yeni Müsavat”ın əməkdaşı “Garant holdinq”in hüquqşünası Ruslan Məmmədovdan yazılanlara münasibət öyrənib.
R.Məmmədov mətbuatda adları Anar Məmmədovla hallanan mətbu orqanlarının “Garant holdinq”ə daxil olması haqda məlumata münasibəti belə olub: “Garant holdinq”də inkişaf o qədər sürətlə gedir ki, bu haqda mən məlumatlı olmaya bilərəm. Bu haqda əlavə məlumat veriləcək. Bu işlərlə “Garant Media holdinq” məşğul olur deyə gündəlik fəaliyyətlərini izləmirəm. Bir qədər əvvəl biz “National Geographic” və başqa dünyaca məşhur media layihələrin yayım hüququnu almışıq. Bizim media qurumumuz “National Geographic” jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə edib. Yaxın zamanlarda bu və digər nəşrlərin yayımının şahidi olacaqsınız”.
Hüquqşünas “Garant holdinq” rəhbərinin media quruluşlarının iqtidardakı ayrı-ayrı məmurlara qarşı olması haqda yazılanların yalan olduğunu söylədi: “Anar Məmmədov bu iqtidarın adamıdır. Onun bu iqtidarda təmsil olunan hər hansı bir şəxsə qarşı olması qərəzli, əsası olmayan məlumatdır”.
Qaynar.info