Xəbər lenti

Anar Məmmədovun maşını ağacın altında qaldı - FOTO
Ölkə15:41 14.07.2014

Anar Məmmədovun maşını ağacın altında qaldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağac qırılaraq avtomobilin üstünə düşüb.

Axar.az xəbər verir ki, bu gün saat 15 radələrində Nəsimi rayonu S.Rüstəm küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində ağaclardan biri qırılaraq avtomobilin üstünə düşüb. Hadisədən Azərbaycan Qolf Federasiyasına məxsus “Kİo Rio” markalı avtomobil zərər görüb.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, ağaclar vaxtı-vaxtında kəsilmədiyinə görə belə hal baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 Qeyd edək ki, Qolf Federasiyasının prezidenti Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

 Fotoları təqdim edirik.

Qaynar.info