Xəbər lenti

Anar Məmmədovun media layihəsi baş tutmadı?
Ölkə17:53 04.05.2014

Anar Məmmədovun media layihəsi baş tutmadı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi yarımçıq qalıb.

“Axar.az”a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, nazir oğlu Anar Məmmədovun “Qarant Media Holdinq” projesinin baş tutması yubanır. Mənbənin sözlərinə görə, holdinqdə işləyəcək əməkdaşlarla müqavilə bağlanıb, texniki təchizat təmin olunub, ofis və bütün avadanlıqlar hazırdır. Amma A. Məmmədovun media layihəsi fəaliyyətə başlaya bilmir.

Qaynağımız bildirir ki, son bir ayda nazir və onun yaxın ətrafı ilə bağlı aparılan kampaniya, o cümldən deputat qardaşının oğlu Aynar Məmmədovun adının avtoxuliqanlıqda hallanması Məmmədovların media holdinq yaratmasına mane olub.

Xatırladaq ki, nazir oğlunun vəkili Ruslan Məmmədov bu layihənin iki həftə öncə fəaliyyətə başlayacağını bildirmişdi. Hətta  mediada bu holdinqə daxil olan sayt və onlayn TV-lərin də adı çəkilirdi. Lakin göründüyü kimi, proyekt yubanır.

Məsələyə aydınlıq gətirmək üçün R.Məmmədovla dəfələrlə əlaqə yaratmaq cəhdimiz baş tutmadı.

Qaynar.info