Xəbər lenti

Anar Məmmədovun “Yeni Müsavat”la 4 min manat davası
Ölkə12:44 18.08.2014

Anar Məmmədovun “Yeni Müsavat”la 4 min manat davası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla “Yeni Müsavat” arasındakı məhkəmə çəkişməsi davam etdirilib. Bu dəfə “Yeni Müsavat” qəzetinin Nizami rayon Məhkəməsinin 20 iyun tarixli qərardadından şikayətinə baxılıb. Hakim Azad İmanovun sədrliyi ilə keçən prosesdə “Yeni Müsavat”ın nümayəndəsinin iştirakı olmadan şikayət müzakirə edilib və təmin edilməyib.

Qeyd edək ki, əvvəlcədən “Yeni Müsavat”ın nümayəndəsi Vaqif Hüseyn üzrlü səbəbdən məhkəməyə gecikəcəyi ilə bağlı hakimə ərizə ilə müraciət edib. O, hakimdən xahiş edib ki, proses 1 günlüyə yaxud 1 saatlığa olsa belə, təxirə salınsın. Lakin vəkilin prosesə 10 dəqiqə gecikməsi, hakimin qanunsuz qərarına mane olmayıb. 11-12 dəqiqə çəkən məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb.

Qəzetin hüquqşünası Vaqif Hüseyn məhkəmə qərarının qanunsuz və əsassız   olduğunu  bildirib:  “Mən 3 gün əvvəl məhkəməyə yazılı şəkildə müraciət edərək xahiş etmişdim ki, şəxsi vacib işimlə bağlı  iclası  təxirə  salsın. Habelə iclasa sədrlik edəcək hakim Azad İmanovla şəxsən telefonla əlaqə saxlayıb  xahiş etdim ki, iclas heç olmasa bir saatlığa təxirə salınsın ki, mən yetişə bilim. Hakim demişdi ki, problem yoxdur. İclas saat 12- 30 -a təyin edilmişdi.  Mən  12. 45- də iclas zalının qabağında olmuşam.  İclas zalı bağlı idi. Məlum oldu ki, artıq iclas qurtarıb,  müşavirə olub və qərardad da  elan edilib. Hətta əks tərəfin nümayəndəsi  Nihad Axundov  hələ də iclas zalının qarşısında idi.  Məhkəmənin şikayətçi tərəfin rəsmi müraciətinə baxmadan belə  tələm-tələsik qərar verməsi bir çox mətləblərdən xəbər verir. Biz bundan sonra Ali Məhkəməyə  kassasiya şikayəti ilə müraciət edəcəyik və hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik."

Qaynar.info