Xəbər lenti

Anar Məmmədxanovun vəfatından iki il ötür
Ölkə05:37 23.04.2013

Anar Məmmədxanovun vəfatından iki il ötür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 2 il ötür. 

Anar Məmmdxanov 2 il əvvəl bu gün qəflətən ürək tutmasından vəfat etmişdi.

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Evli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Qaynar.info