
Bu sözləri tanınmış reper Anar Nağılbaz ölkədəki qiymət artımına etiraz olaraq “Axar.az”a bildirib. Anar Nağılbaz sənətçilərin qiymət bahalaşmasına göstərdikləri reaksiyalara da münasibət bildirib:
“Bir tərəfdən qınamıram, amma bir tərəfdən də qınayıram. Çünki status-kvo deyilən anlayış var, yəni insanlar bir tikə çörəyə görə hər hansı mövzuya fikir bildirməkdən vaz keçirlər. Müğənnilər lazım gələn anda danışırlar, hətta siyasətə də qoşulub, millət vəkili olurlar. Əgər biz demokratik, azad cəmiyyətdə yaşayırıqsa, onda hər hansı bir məsələdə fikrimizi sərbəst şəkildə ifadə edə bilərik. Ümumiyyətlə, qiymətlərin bahalaşması məni çox narahat edir”.
Qaynar.info