Xəbər lenti

Anasının qəbrini ziyarət etməyə gedən jurnalist qəbiristanlıqda öldü
Ölkə17:51 05.11.2023

Anasının qəbrini ziyarət etməyə gedən jurnalist qəbiristanlıqda öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist Əli Fərəcov vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Report-un məlumatına görə, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb.
İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, mərhum jurnalist "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.