Formula 1 yarışları çərçivəsində Enrike İqlesiasın Bakıda konserti baş tutub.
Məşhur rusiyalı jurnalist, şoumen Andrey Malaxov həyat yoldaşı, Nataliya Şkulevo da dünya şöhrətli müğənni Enrike İqlesiasın konserində iştirak etmək üçün ötən gün Bakıya gəlib.
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalist öz şəxsi "Twitter" səhifəsində bildirib.
"Formula 1" yarışları çərçivəsində ötən gün Enrike İqlesiasın Bakıda konserti baş tutub.
Konsertə tamaşa etmək üçün Milli Parka minlərlə insan toplaşıb. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I like ıt” kimi məşhur hitlərini səsləndirib. Konsertin aparıcısı şoumen Murad Dadaşov olub.
Qaynarinfo.az