Xəbər lenti

Ankarada daha bir terakt - 34 ölü FOTOLAR, VİDEO + YENİLƏNDİ 3
Ölkə22:12 13.03.2016

Ankarada daha bir terakt - 34 ölü FOTOLAR, VİDEO + YENİLƏNDİ 3

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin paytaxtı Ankarada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı durmadan artır.
Qaynar.info-nun DHA-ya istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 34-ə çatıb. 
Ölkənin səhiyyə nazirinin verdiyi açıqlamada bildirilib ki, baş vermiş güclü partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb. 
Ölü sayının artacağı istisna edilmir. 
02:12
Son məlumatlara görə, terakt nəticəsində 27 nəfət ölüb, 100-dən çox yaralı var.
Ankara valiliyindən verilən rəsmi açıqlamada ölənlərin sayının 27 olduğu bildirilib. Ölü sayının artacağı istisna edilmir
22:05
Verilən son məlumatlara görə, partlayış nəticəsində çoxlu sayda yaralanan var. 
Yaralananların ətrafdakı xəstəxanalara aparıldığı bildirilir.
Bundan başqa verilən məlumatlara görə, ərazidə 10 avtobus parkı var və demək olar ki, orada olan bütün avtomobillər yanaraq külə dönüb. 
Hazırda partlayış baş verən bölgədə polis kardonları qurulub, heç kim əraziyə buraxılmır.
21:28
Türkiyənin paytaxtı Ankarada bir neçə dəqiq öncə daha bir terror aktı həyata keçirib. 
Qaynar.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, aralıqlarla iki partlayış səsi eşidilib. Paytaxtın mərkəzində yerləşən Kızılay Güvənparkda baş vermiş partlayış nəticəsidən çoxlu sayda avtomobilin yandığı bildirilir.
İlkin ehtimallara görə, bomba kamikadze tərəfindən partladılıb.
Bundan başqa bildirilir ki, əraziyə çoxlu sayda ambulans və yanğınsöndürən yollanıb. Hazırda ölü və yaralıların olub-olmadığı barədə heç bir məlumat verilmir.
Xəbərlər yeniləndikcə oxucularımızın diqqətinə çatdıracağıq.
Qaynar.info